“Qarabağ” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizəyə başlayır. Komadamız mərhələnin ilk görüşündə Kiprdə AEL-lə qarşılaşaacaq. Qarşııaşamadan əvvəl açıqlama verən baş məşqçi Qurban Qurbanov maraqlı komandaya qarşı mübarizə aparacaqlarını deyib. Futboçularının daha daha diqqətli oynamalarının vacibliyini qeyd edən təcürbəli matça tam hazır olduqlarını bildirib: ""Maraqlı komandaya qarşı oynayacağıq. AEL-in heyətində yüksək səviyyəli futbolçular olsa da, Limassol təmsilçisi komanda oyunu sərgiləyir. Mənim üçün bu cür rəqibə qarşı oynamaq maraqlıdır".
Komandamız Kiprlə itkilərə yollanıb. "Köhlən atlar"ın heyətində müdafiəçilər - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov Limassol təmsilçisinə qarşı oynamayacaq. Əvəzində yeni transferlər - Bəhlul Mustafazadə, Riçard Almeyda və Qaspar Panadero Zamora qarşıdakı oyuna sifariş edilib.
Qeyd edək ki, Larnaka şəhərindəki "AEK Arena"da görüş Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Qarşılaşmanı isveçli referi Qlenn Nyuberq idarə edəcək.